Neftçalalı tələbəni girov götürənlər: "Hüseyni rus əsirinə dəyişə bilərik"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada neftçalalı tələbəni girov götürənlər şərtlərini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə tələbə-girovun əmisi Cahid Abdullayev “Report”a bildirib.
“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefon əlaqəsi saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də o zaman rus əsirinə dəyişə bilərik”-deyə Cahid Abdullayev bildirib.
Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndində doğulan 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amil oğlu Ukraynanı Mariupol Dövlət Universitetinin III kurs tələbəsidir. Srağagün universitetin yataqxanasının zirzəmisində gizlənən H. Abdullayev Azərbaycana qayıtmaq istəyərkən rus əsgərləri tərəfindən girov götürülüb.
Oxşar xəbərlər
Mariupol uğrunda ölüm-dirim savaşı - Şəhər hər iki tərəf üçün niyə ƏHƏMİYYƏTLİDİR? - FOTO
Son bir həftə ərzində Rusiya ordusunun paytaxt Kiyev və Xarkov istiqamətində hücumu nisbətən azalıb. Aktiv döyüşlər barədə xəbərlər əsasən Ukraynanın cənubundan...