Ukraynada öldürülən Rusiya hərbçilərinin sayı 45 min nəfəri ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə başlayandan bu günə kimi Rusiya ordusu 45 200 əsgərini itirib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha 300 hərbçisini zərərsizləşdirib. Rusiya qoşunu son gündə ən böyük itkini Donetsk və Nikolayev şəhərləri istiqamətlərində verib.
Eyni zamanda Rusiya ordusu müharibə ərzində 1 912 tank, 4 224 zirehli döyüş maşını, 1 028 artilleriya sistemi, 197 helikopter, 234 təyyarə və s. itirib.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: “Rusiyanın hərbi itkiləri 42 mini ötüb”
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 200 hərbçisi məhv edilib”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Sil...