Ukraynada müharibədə daha bir jurnalist həlak olub

Ukraynada müharibədə daha bir jurnalist həlak olub
Siyasət 58

Rusiyanın martın 11-12-də Kiyev vilayətinin Brovarı rayonunun Şevçenko kəndinə artilleriya hücumu nəticəsində jurnalist Oksana Qaydar həlak olub.

BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Jurnalistlərinin Milli Birliyinin başçısı Sergey Tomilenko məlumat verib.

Onun sözlərinə görə, hadisə martın 11-12-də baş versə də, Oksana Qaydarın ölüm faktı indi məlum olub.

Oksana Qaydar Kiyevdə jurnalist ailəsində anadan olub. Atası Yuri Qaydar "İdman qəzeti"nin redaktor müavini olub. O.Qaydar Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib.

Son xəbərlər