Ukrayna taxıl ixracı üçün bu iki ölkə vasitəsilə marşrutlar yaratdı

12
iyn
2022
20:17
Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.
"Bu marşrutları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, bildirib.
Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.
Oxşar xəbərlər
BMT: Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək
Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri...
