Ukrayna son sutkada Rusiyanın 19 PUA və 5 zərbə helikopterini məhv edib

Ukrayna Hərbi Hava Qüvvələri və zenit-raket bölmələri son sutkada Rusiyanın 5 ədəd Ka-52 hücum helikopterini İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-nı və 2 ədəd “Zala Lansent” PUA-nı məhv edib.
BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.
Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası Rusiyanın hava hücumundan müdafiə vasitələrinə, tağım və rotasiya mövqelərinə, maddi-texniki təchizatına, yanacaq-sürtkü materialları və döyüş sursatlarının səhra anbarlarına, eləcə də canlı qüvvəsinə zərbələr endirməklə müxtəlif istiqamətlərdə bölmələrin hücum hərəkətlərinə dəstək verməyə davam edir.
Oxşar xəbərlər
İran Rusiyaya hansı növ PUA-lar satıb? - KİV açıqladı
Rusiya teleqram kanalları bildirirlər ki, İran artıq Rusiyanı “Shahed 129” zərbə və kəşfiyyat PUA-ları ilə təmin edib. BAKU.WS “Report”a istinadən xəbər verir k...