Ukrayna Soledarla bağlı xəbərləri təkzib etdi

"Rusiya qoşunları Soledar şəhərini tutmayıb. Onların şəhərin guya "ələ keçirilməsi" ilə bağlı dedikləri həqiqətə uyğun deyil".
BAKU.WS xəbər verir ki, bunu "RBC Ukrayna"ya şərhində Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı deyib.
"Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər gedir", - deyə o, nəşrə bildirib və bununla da Rusiya Federasiyasının iddialarını təkzib edib.
Lakin o, təhlükəsizlik səbəbi ilə təfərrüatları açıqlamayıb.
Xatırladırıq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın Soledar şəhərini nəzarətə götürdüklərini açıqlayıb. Bildirilib ki, Soledara nəzarət Ukrayna qoşunlarının Baxmut şəhəri istiqamətində təchizatını kəsməyə imkan verir.
Oxşar xəbərlər
Ukraynanın bu şəhəri uğrunda şiddətli döyüşlər gedir - VİDEO
Ukraynanın Donetsk vilayətinin Baxmut rayonundakı Soledar şəhəri uğrunda şiddətli döyüşlər gedir. BAKU.WS xəbər verir ki, Rusiya tərəfi şəhəri ələ keçirdiyi açı...