Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Alliqator”unu məhv edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha çox “Alliqator” kimi tanınan “Ka-52” kəşfiyyat-zərbə helikopterini məhv edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.
“Hərbçilərimiz “Alliqator” kimi tanınan daha bir bahalı zərbə helikopteri – “Ka-52”ni məhv ediblər”, - məlumatda bildirilir.
Bununla belə, helikopterin cəbhənin hansı istiqamətində vurulduğu göstərilməyib.
Qeyd edək ki, “Ka-52” helikopteri döyüş meydanında zirehli və zirehli olmayan texnikaları, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.
Oxşar xəbərlər
Ukrayna son sutkada Rusiyanın 19 PUA və 5 zərbə helikopterini məhv edib
Ukrayna Hərbi Hava Qüvvələri və zenit-raket bölmələri son sutkada Rusiyanın 5 ədəd Ka-52 hücum helikopterini İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-nı və...