Ukrayna Rusiyaya 48 saat vaxt verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya tərəfinə sorğu göndərərək Ukrayna sərhədləri yaxınlığında hərbi fəaliyyətin təfərrüatını açıqlamağı tələb edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Dmitro Kuleba bildirib.
Kiyev tələblərini Etimad və Təhlükəsizlik Tədbirləri üzrə Vyana Sənədinə istinad etməklə irəli sürüb.
“Rusiyanın cavab vermək üçün 48 saat vaxtı var. Cavab verilməməsi və ya qeyri-kafi, qeyri-adekvat məlumat verilməsi halında, Ukrayna fövqəladə iclas çağırmaq üçün Rusiya Federasiyasına və Vyana Sənədinin iştirakçısı olan digər dövlətlərə müraciət edəcək”, - deyə ukraynalı diplomat bildirib.
Qeyd edək ki, Rusiya XİN Ukrayna tərəfinin sorğusunu əsassız adlandırıb.
Oxşar xəbərlər
Rusiya Gürcüstana nota verdi
Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. BAKU.WS...