Ukrayna Rusiyanı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmağa çalışır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiyanı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmaq və ya ən azı rusiyalıları təşkilatın katibliyində əsas vəzifələrdən uzaqlaşdırmaq üçün tərəfdaşlarla birgə çalışır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müşaviri Yelena Zerkal məlumat verib.
“Bunun səbəbi rusiyalıların Ukraynanın AES-lərini zəbt edərək həyata keçirdikləri nüvə terrorizmi siyasətidir”, - deyə hökumət rəsmisi bildirib.
Qeyd edək ki, Rusiya ordusu Ukraynanın iki nüvə obyektini - Çernobıl və Zaporojye atom elektrik stansiyalarını nəzarətə götürüb.
Oxşar xəbərlər
Ukraynada AES-də başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb. B...