Ukrayna İrana yüklərin daşınmasına qadağa qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın “Ukrjeldoroqa” dəmir yolu şirkəti kənd təsərrüfatı mallarının Macarıstana və bütün malların İrana daşınmasına qadağa qoyub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkətin saytında “Daşımada müvəqqəti məhdudiyyətlər” bölməsində qeyd edilib kimi, ZAO MMV (MMV Magyar Maganvasut Zrt.) daşıyıcısı üçün buğda, meslin, qarğıdalı, günəbaxan və raps toxumlarının Macarıstana daşınması məhdudlaşdırılıb. Məhdudiyyət iyunun 30-dan sentyabrın 16-dək keçərlidir.
Bundan əlavə, iyunun 29-dan ləğv edilənə qədər İrana bütün yüklərin daşınmasına qadağa qoyulub.
Oxşar xəbərlər
Ukrayna hökuməti İrana qarşı 50 il müddətinə sanksiyalar təklif edir
Ukrayna Nazirlər Kabineti İrana qarşı sektoral sanksiyaların tətbiqi ilə bağlı təklifi baxılması üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına (MTMŞ) təqdim edəc...