Ukrayna PUA-larla Rusiya gəmilərinə hücum edib - VİDEO

Ukrayna PUA-larla Rusiya gəmilərinə hücum edib - VİDEO
Foto Video
Siyasət 63

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Taqanroq körfəzində iki gəmiyə hücum reallaşdırıb.

Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Hücum ötən gün axşam saatlarında "İnjenyer Smirnov" yedək gəmisinə və "Seksiya-179" barjasına təşkil olunub.

Yedək gəmisinin kapitanı bildirib ki, hücum nəticəsində barjanın su xəttindən yuxarısı kiçik zərər görüb, yedək gəmisində isə şüşələr sınıb.

Həmçinin, heyət üzvlərindən ikisi yüngül qəlpə yaraları alıb.

Yedək gəmisinin hərəkət qabiliyyəti itirilməyib və kapitan Rostov vilayətindəki Azov limanına qayıtmaq qərarını verib.

Son xəbərlər