Ukrayna prezidenti Volodomir Zelenski İsveçə işgüzar səfərə gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodomir Zelenski ölkənin birinci xanımı ilə İsveçə işgüzar səfərə gedib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, səfər çərçivəsində Zelenski baş nazir Ulf Kristersson, kral XVI Karl Qustav və kraliça Silviya ilə görüşlər keçirəcək.
“Ukrayna-İsveç danışıqları genişlənir. Mən şəxsən İsveçə azadlıq və müstəqillik uğrunda mübarizəmizi dəstəklədiyinə görə təşəkkür edirəm”, - prezident deyib.
Onun sözlərinə görə, hərbi dəstək, ikitərəfli əməkdaşlığın inkişafı, o cümlədən hərbi-sənaye kompleksi, Ukraynanın Avropaya inteqrasiyası və Avro-Atlantik məkanda ümumi təhlükəsizlik məsələləri də müzakirə olunacaq.
Oxşar xəbərlər
İsveçin xəyalları suya düşdü: İndi gözlər Ərdoğandadır - FOTO
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra aylardır davam edən qorxu İsveçi yenidən bürüdü. Heç bir şərti yerinə yetirməməsinə baxmayaraq, Kıl...