Ukrayna Prezident Ofisi: "İran Rusiyaya 46 ədəd PUA verib"

Ukrayna Prezident Ofisi: İran Rusiyaya 46 ədəd PUA verib
Siyasət 84

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi “Feygin Live”in efirində bildirib

“Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər”, - O.Arestoviç vurğulayıb.

Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.

Son xəbərlər