Ukrayna ordusunun gecə həmləsi: Rusiyanın iki bölgəsinə hücum edildi
22
avq
2024
09:48
Avqustun 22-nə keçən gecə Ukrayna ordusu Rusiyanın Voronej vilayətinə hücum etməyə cəhd edib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev teleqram kanalında məlumat verib.
Pilotsuz təyyarə növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
Eyni zamanda Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da bildirib ki, bölgə Ukrayna ordusunun hücumuna məruz qalıb. Onun sözlərinə görə, diversantların hərəkətlərinin qarşısı Silahlı Qüvvələrin bölmələri, eləcə də Rusiya FTX-si tərəfindən alınıb.
Oxşar xəbərlər
Ukrayna ordusu Rusiyanın daha bir bölgəsinə hücum edib
Bazar ertəsi, avqustun 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir bölgəsinə - Voronej vilayətinə hücuma cəhd edib. Bu barədə vilayətin qubern...