Ukrayna ordusunda iki komandan vəzifəsindən azad edildi: YENİ TƏYİNATLAR
11
fev
2024
13:44
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığında yeni dəyişikliklər edib.
Müvafiq sərəncamlar prezidentin rəsmi saytında dərc olunub.
Belə ki, Zelenski Sergey Nayevi Birləşmiş Qüvvələrinin komandanı, Maksim Mirqorodskini isə Hava Desant Qüvvələri komandanı vəzifələrindən azad edib.
Prezidentin digər sərəncamları ilə Aleksandr Pavlyuk Quru Qoşunlarının komandanı, Yuri Sodol Birləşmiş Qüvvələrin komandanı, İqor Skibyuk Hava Desant Qüvvələrinin komandanı, İqor Plaxuta Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edilib.//Oxu.az
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...