Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb

Ukrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb
Siyasət 442

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterror Əməliyyatı adlanıb.

Oxşar xəbərlər

Rusiya ordusunun 7-ci hərbi təyyarəsi vuruldu - YENİLƏNİB

Rusiya ordusunun 7-ci hərbi təyyarəsi vuruldu - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinə məxsus 7-ci hərbi təyyarə Ukrayna ordusu tərəfindən vurulub. BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayı...

893 Siyasət 14:26 24 fevral 2022

Son xəbərlər