Ukrayna MN Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı proqnozunu açıqladı
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə edə biləcəyini proqnozlaşdırmır.
BAKU.WS APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik keçirdiyi brifinqdə deyib:
“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.
Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.
Bununla belə, o, vurğulayıb ki, Ukrayna bu cür neqativ presedentlər də daxil olmaqla vəziyyətin istənilən inkişafına hazır olmalıdır.
Oxşar xəbərlər
Putin: “Ukraynada baş verənlər faciədir, ancaq başqa seçimimiz yox idi”
“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”. BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti...