Ukrayna MN döyüşlərlə bağlı son vəziyyəti AÇIQLADI: 8 təyyarə, 3 helikopter..

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ məlumat yayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə nazirliyin feysbuk səhifəsində bildirilib.
Məlumata əsasən, ölkənin müdafiə qüvvələri şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatları davam etdirir.
Son sutkada Rusiya qoşunlarının hər bir istiqamətdə hücumları dəf edilib: “Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir”.
Ötən gün ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. “12 tank, 10 piyadaların döyüş maşını, 3 motorlu texnika məhv edilib. Həmçinin 8 təyyarə, 3 helikopter, 4 PUA, 2 qanadlı raket vurulub”.
Qeyd edək ki, bu gün Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasının 34-cü günüdür.
Oxşar xəbərlər
Britaniya kəşfiyyatı: “Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır”
“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rus...