Ukrayna MN: "Belarus Ukrayna sərhədlərinə hərbi texnika toplayır"

Ukrayna MN: Belarus Ukrayna sərhədlərinə hərbi texnika toplayır
Siyasət 53

Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində əməliyyatları davam etdirir.

“Qoşunlarımız rusların Slovyansk və Lozova istiqamətində hücumu bərpa etmələrinə imkan vermirlər. Həmçinin Krivoy Roq və Novovorontsovka istiqamətlərində rusların hücumlarının qarşısı alınır. Mariupolun müdafiəsi təmin olunur. Əsas səylər dövlət sərhədinin mühafizəsinə, Malin bölgəsində qarşı tərəfin hücumunun qarşısının alınmasına yönəldilib. Rusların Kiyev istiqamətində irəliləməsinin qarşısı alınır. Nikolayev şəhərinin və Nikolayev vilayətinin yaşayış məntəqələrinin müdafiəsi davam edir”, - Müdafiə Nazirliyindən qeyd olunub.

Məlumata görə, son 24 saat ərzində Rusiya təyyarələrinin fəal hərəkətləri və raket zərbələri qeydə alınıb: “Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qarşı tərəfin hücumlarını dəf edir. Son sutkada onların 6 hərbi təyyarəsi, 5 PUA-sı, 1 helikopteri, 5 qanadlı raketi vurulub. Rusiya gizli səfərbərliyi davam etdirir”.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 28-ci günüdür.

Son xəbərlər