Ukrayna hərbçilərinə bu ölkənin xüsusi təyinatlıları təlim keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya xüsusi təyinatlıları İlan adasında xüsusi əməliyyat keçirən Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbçilərinə təlim keçib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün “The Sun on Sunday” qəzeti məlumat verib.
Qəzetin verdiyi məlumata görə, Kral Hərbi Dəniz Qüvvələrinin Xüsusi Qayıq Xidmətinin əsgərləri Oçakivdəki 73-cü Dəniz Xüsusi Təyinatlı Mərkəzindən həmkarlarına Britaniya avadanlığı ilə necə davranmağı öyrətmək üçün Ukraynaya səfər ediblər.
Qəzet yazır ki, Britaniya xüsusi təyinatlıları ukraynalılara sualtı daşıyıcılarla işləməyi öyrədiblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 73-cü Hərbi Dəniz Mərkəzinin döyüş üzgüçüləri iyulun 7-də İlan adasına enərək orada Ukrayna bayrağını sancmağa çalışıblar.
Oxşar xəbərlər
Rusiyadan növbəti müharibə CİNAYƏTİ: Ukraynanın İlan adasına fosfor bombaları atdı - VİDEO
Rusiyaya məxsus iki “Su-30” döyüş təyyarəsi Ukraynanın İlan adasını qadağan olunmuş fosfor bombaları atıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukra...