Ukrayna Baş Komandanı: “Üç gündə 2 “Bayraktar” Rusiyanın 26,5 milyon dollarlıq texnikasını məhv edib” - VİDEO
"Avqustun 31-dən sentyabrın 2-dək üç gün ərzində 2 ədəd "Bayraktar" pilotsuz uçuş aparatı düşmənin ümumi dəyəri təxminən 26,5 milyon ABŞ dolları olan texnikasını məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.
"Bunlara 8 ədəd T-72 tankı (hər birinin təxmini dəyəri 3 milyon dollar), “Akatsiya” özüyeriyən artilleriya qurğusu (1,6 milyon dollar), piyadaların döyüş maşını (0,6 milyon dollar) və haubitsa (0,3 milyon dollar) daxildir".
Bununla yanaşı beş ədəd T-72 tankı və bir 1 piyadanın döyüş maşınına ziyan vurulub.
Zalaujni onu da vurğulayıb ki, dağılmış və zərər görmüş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollardır.
"Əsgərlərimizin bacarıqlı əllərindəki təsirli Türk Bayraktarları güclü silahdır! Cihazlardan biri dost ölkə Litvanın yardımıdır".
Oxşar xəbərlər
Səlcuq Bayraktar "Reuters"ə danışıb: "Bütün dünya PUA-larımızın müştərisidir"
Türkiyənin "Baykar Savunma" şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktar "Reuters" xəbər agentliyinə mar...