"Twitter" hər kəsi salamlayır - FOTO

Twitter hər kəsi salamlayır - FOTO
Foto
Siyasət 761

“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrinin işində yaranan problemdən sonra digər məşhur sosial şəbəkə "Twitter" maraqlı addım atıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkənin rəsmi hesabından salam göndərməsi "Twitter"in baş verənlərdən zövq alması kimi xarakterizə olunur.

"Hər kəsə salam", - deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, bu, “Facebook”, “WhatsApp”, “Instagram”ın fəaliyyətindəki nasazlıqdan sonra "Twitter"in rəsmi hesabından olan ilk reaksiyasıdır. Maraqlısı burasındadır ki, "Twitter"in salamına bir çox məşhur sosial şəbəkələr və şirkətlər cavab verib. Bura "WhatsApp", “Instagram”, "McDonald's", "Alexa" və s. şirkətlər cavab veriblər.

Son xəbərlər