TÜRKSOY-un baş katibi: Dini abidələrin dağıdılması bütün bəşəriyyətin təhqir olunmasıdır
Yeniliklərdən dərhal xəbərdar olun
İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.
Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov deyib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".
TÜRKSOY-un baş katibi bildirib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir: “Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. BAKU.WS A...