Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) sədri, Azərbaycan isə vitse-sədri seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb.
Qeyd olunub ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələr səviyyəsində keçirilən görüşündə qəbul edilib.
Regional qruplardan Laos, Burundi, Çad, Ruanda və Paraqvay da rəhbər büronun tərkibinə seçilib.
Sədrlik Türkmənistana (səlahiyyətlərinin icrasına 1 yanvar 2027-ci ildən başlamaqla) iki il ərzində dənizə çıxışı olmayan inkişaf etməkdə olan 32 ölkənin maraqlarını təmsil edərək, qrupun fəaliyyətini, o cümlədən ölkə üçün prioritet hesab edilən enerji və nəqliyyat əlaqələri üzrə istiqamətləri koordinasiya etməyə imkan verəcək.
Bildirilib ki, rəhbərlər bürosunun tərkibi həmçinin 2026-cı il sentyabrın 24-də Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçiriləcək LLDCs nazirlər görüşünün yekun bəyannaməsi ilə təsdiqlənəcək.
Bu ilin noyabr-dekabr aylarında BMT-nin ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə Ali Nümayəndəsinin İdarəsi (OHRLLS) ilə birlikdə Türkmənistanın 2027-2028-ci illərdə qrupa sədrliyinə dair yol xəritəsi layihəsinin hazırlanması planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...