Türkmənbaşı silahdan atəş açdıqdan sonra hədəfdə aftoqraf qoydu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov odlu silahdan atıcılıq məharəti nümayiş etdirib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Türkmənistan lideri tapança ustalığını hərbi və hüquq-mühafizə orqanlarının təsərrüfat idarəsinin yaradılması üzrə işləri yoxlamaq məqsədilə Aşqabad yaxınlığındakı rayonlardan birinə səfəri zamanı göstərib.
“Atıcılıq tirində dövlət başçısı hədəfə bir neçə dəfə atəş açıb və bütün güllələr hədəfin mərkəzinə dəyib ki, bu da xalq liderinin yüksək məharətindən xəbər verir”, - deyə məlumatda deyilir.
Ənənəvi olaraq, Berdıməhəmmədov hədəfə avtoqraf qoyub.
Oxşar xəbərlər
Türkmənistan prezidentinin adına xeyriyyə fondu yaradılıb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov himayəyə ehtiyacı olan uşaqlara yardım göstərilməsi üçün xeyriyyə fondunun yaradılması haqqında qərar imzalay...