Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinə başlayacağı tarix bəlli olub
06
apr
2021
18:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri 10-15 gün ərzində vəzifəsinin icrasına başlayacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
E. Özoral bildirib ki, qısa zamanda Cahit Bağçı vəzifəsinin icrasına başlayacaq: “Mən 10-15 gün içində buradan ayrıldıqdan sonra yeni səfir gələcək. Yaxın günlərdə dəqiq tarix bəlli olacaq”.
E. Özoral bundan sonra fəaliyyətinə hansı istiqamətdə davam edəcəyi ilə bağlı isə bildirib ki, bu, Ankaraya qayıdandan sonra məlum olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...