Türkiyənin məşhur pop sənətçisi həbs edilib
Türkiyənin məşhur pop sənətçisi Gülşən həbs edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb və barəsində saxlanılma qərarı verilib.
Daha sonra müğənni məhkəmə qarşısına çıxarılıb. Məhkəmə qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilib.
Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur. Türkiyə Milli Təhsil Nazirliyi də məsələ ilə bağlı hüquqi prosedura başlayıb.
Xatırladaq ki, müğənni konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib.
Gülşənin sözləri həmin liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub. Qısa zaman ərzində "Twitter" sosial şəbəkəsində Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib. Sənətçi bir müddət əvvəl sözlərinə görə üzr istəmişdi.
Oxşar xəbərlər
Ukraynanın paytaxtı bombalanır - FOTO/VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarından etibarən havadan zərbələr endirilib. BAKU.WS xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkədə pay...