Türkiyənin bu vilayətlərinə ciddi xəbərdarlıq edildi
Türkiyənin bir sıra vilayətlərində zeytun yığımından öncə ciddi xəbərdarlıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb zeytun qızılqurdlarıdır.
Belə ki, Egey və Aralıq dənizi bölgələrində zeytun istehsalında əhəmiyyətli vilayətlər olan Antalya, Mersin, Adana, Hatay, Osmaniye və İzmirdə zeytun yığımından əvvəl zeytun qızılqurduna qarşı xəbərdarlıq olunub. Antalya Ticarət Birjasının (ATB) 4-cü Peşəkar Komitəsinin üzvü Zəfər Tan zeytun istehsalçılarına zeytun qızılqurduna qarşı diqqətli olmaları barədə məlumat verib.
Zeytun yığımının başlaması ilə zeytun qızılqurdunun zərər verə biləcəyini istehsalçılara çatdıran Zafer Tan, zədələnmiş zeytun meyvələrin müəyyən etməyin yollarından da danışıb:
"Zədələnmiş meyvələr inkişaf edə bilmir, büzülür, quruyur və düşməyə başlayır. Quruduqda yara nahiyələrinin kənarları şişir və mərkəz hissəsində çökük yaranır. Bu daməhsul itkisinə səbəb olur".
O, bildirib ki, zeytun qızılqurduna qarşı mübarizə üçün torpaq qış aylarında şumlanmalıdır. Sözügedən zərərverici adətən zeytun milçəyi vasitəsilə keçir və yayılır. Zeytun qırmızı qurduna qarşı kimyəvi mübarizə üsulu yoxdur.
Oxşar xəbərlər
Hatayda baş verən iki zəlzələdə ölənlərin sayı 6-ya çatdı - FOTO/VİDEO - YENİLƏNİB
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Zəlzələ nəticəsində 3...