Türkiyənin 17 vilayətində İŞİD-ə qarşı əməliyyat: 65 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 17 vilayətdə İŞİD terror təşkilatına qarşı son 5 gündür davam edən "Gürz-9" əməliyyatlarında 65 şübhəli tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.
Məlumata görə, İstanbul, Ankara, Malatya və Sivas da daxil olmaqla 17 vilayətdə əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilib.
Nazir Yerlikaya əməliyyatlar zamanı 65 şübhəlinin tutulduğunu açıqlayıb. O, terrorla mübarizədə qətiyyətli olduğunu vurğulayıb.
Yerlikaya, "Sevgili millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər sizin dualarınız və dəstəyinizlə çəkinmədən mübarizə aparacağıq" dyə qeyd edib.
Oxşar xəbərlər
19 vilayətdə "BOZDOĞAN-25" əməliyyatı: 49 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 19 vilayətində separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-25" əməliyyatlarında 49 şübhəli ələ keçirilib. BAKU.WS "TRT Haber"ə istinadən x...