Türkiyəni qarışdıran olay - Rəna maska taxmadığı üçün onu yerə sərdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 2 polis, qadına maskadan düzgün istifadə etmədiyi üçün şiddət göstərib.
BAKU.WS xəbər verir ki, hadisə İstanbulun Kadıköy ilçəsində baş verib. Maska qadının burnunu örtmədiyi üçün qadın polislər tərəfindən saxlanılıb.
Vəziyyət bundan sora daha da gərginləşib. Polislər qadını yerə yıxaraq, ona şiddət göstərməyə başlayıb. Qadının dostları baş verənləri videoya çəkib. Video görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub.
Zərərçəkmiş Rəna polislərə onların da maska taxmadığını bildirdiyi üçün şiddətə məruz qaldığını bildirib. Hər iki polis vəzifələrindən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda maska taxmayan sakin "Ölmək istəyirəm" deyib operatora hücum etdi - VİDEO
Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi o...