Türkiyəli müğənni robotla evlənib - FOTO/VİDEO

29
iyl
2021
16:09
Türkiyəli gənc popçu Aleyna Tilki yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, ötən gün müğənninin “Sır” adlı mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.
Təqdimatda Aleynanın sadəcə dostları iştirak edib.
Məclis zamanı hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Belə ki, gəlinlik geyinən Aleyna klipində tərəf müqabili olan robotla nikahlanıb. İfaçının nikah şahidi müğənni Ersay Üner, robotun şahidi isə “Survivor” yarışmasının qalibi Cemal Canseven olub.
Aleynanın nikahından lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.
Qalereya
Oxşar xəbərlər
“Survivor-2021”in qalibi bəlli oldu - FOTO
“Tv 8” ekranlarında yayımlanan “Survivor-2021” yarışmasının qalibi bəlli olub. BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki, “Könüllülər” və “Məşhurlar” kom...
