Türkiyəli iş adamı Ukraynada Rusiyaya qarşı döyüşür - FOTO/VİDEO

Türkiyəli iş adamı Ukraynada Rusiyaya qarşı döyüşür - FOTO/VİDEO
Video
Siyasət 377

Türkiyəli iş adamı Sabri Özdoğan Rusiya işğalına qarşı müqavimət göstərən ukraynalıları tək qoymayıb.

BAKU.WS xəbər verir ki, o, ukraynalı könüllülərdən ibarət dəstəyə qatılıb.

Artıq 10 ildir orada yaşadığını deyən iş adamı Türkiyə kanallarından birində müsahibəsi zamanı ailəsinin də onunla birlikdə Ukraynada qaldığını bildirib:

"Müharibə başlayanda biz də bu mübarizənin içində olmaq istədik. Türkiyəyə qayıtmadıq, ailəmizlə burada qalmağa qərar verdik. Fevralın 24-dən cəbhədə döyüşürük. Həyat yoldaşım, övladım və qayınatam hazırda sığınacaqda qalırlar. Ruslar gecələr daha çox raket atırlar. Onlar ən çox xəstəxanaları və uşaq bağçalarını bombalayırlar".

Qeyd edək ki, Sabri Özdoğan əslən Türkiyənin Elazığ bölgəsindəndir.

Son xəbərlər