Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...