Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı – YENİLƏNİB - VİDEO

Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı – YENİLƏNİB - VİDEO
Video
Siyasət 438

Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.

Daxili işlər naziri Süleyman Soylu bölgədə təsirli olan daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Qurbanların sayının arta biləcəyi istisna edilməyib.

Mənbə: Haber Global

***14:04

Türkiyənin Şanlıurfa şəhəri sel sularına qərq olub.

BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, sel suları şəhərin Karakoyun dərəsi üzərindəki tarixi "Hızmalı" körpüsündə şəlalə görüntüsü yaradıb.

Güclü axın avtomobillərdən birini tarixi körpünün tağına ilişdirib.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər