Türkiyədəki qaçqınların geri qayıtması üçün Türkiyə Suriyada 240 min ev tikir

Türkiyədəki qaçqınların geri qayıtması üçün Türkiyə Suriyada 240 min ev tikir
Siyasət 64

Türkiyə ölkəsində məskunlaşan suriyalı qaçqınlar üçün Suriyada 240 min daimi yaşayış yeri inşa edir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O, xərcləri Qətər İnkişaf Fondu tərəfindən qarşılanacaq daimi yaşayış yerlərinin birinci mərhələsinin təməlqoyma mərasimində iştirak edib.

“Layihənin sonunda Türkiyədən 1 milyon insanın Suriyaya qayıdacaq. Könüllü qayıtmaq üçün 12 vilayətdə əlaqə büroları yaradılıb”, - deyə Soylu bildirib.

Qeyd edək ki, indiyədək Türkiyədən öz ölkəsinə 554 min suriyalı geri dönüb.

Son xəbərlər