Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini ötdü
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
BAKU.WS xəbər verir ki, son məlumatlara əsasən təbii fəlakət zamanı həyatını itirənlərin sayı 50 096 nəfərə çatıb.
Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumat yayıb.
Bildirilib ki, yaralı sayı 107 204 nəfərdir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin 11 rayonunun əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər olub. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Zəlzələ baş verən bölgələrdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...