Türkiyədə yenə zəlzələ oldu - VİDEO

Malatyanın Hekimhan bölgəsində saat 19:38 radələrində 5,1 bal gücündə zəlzələ baş verib.
Baş verən zəlzələ Elazığda da güclü hiss olunub.
Kandilli Rəsədxanası Malatyanın Hekimhan rayonunda 5,1 bal gücündə zəlzələ baş verdiyini təsdiqləyib. Türkiyə vaxtı ilə saat 19:38-də baş verən zəlzələnin yerin 2,6 km dərinliyində olduğu bildirilir. Digər tərəfdən, AFAD zəlzələnin maqnitudasını 4,9 olaraq açıqlayıb.
Dağıntı və təlafat barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Malatya bölgəsində fevralın 6-da baş verən zəlzələnin yeni görüntüləri də yayılıb. Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2
Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...
