Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu
Siyasət 5

Türkiyənin Malatya vilayətində 4,3 bal gücündə zəlzələ olub.

BAKU.WS-in xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisəsi Doğanşehir rayonunda, yerli vaxtla saat 12:23-də qeydə alınıb.

Zəlzələnin 17,7 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında da Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

Son xəbərlər