Türkiyədə yaşayan azərbaycanlı sənətçilər səsvermə hüququndan istifadə ediblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yaşayan azərbaycanlı sənətçilər növbədənkənar keçirilən prezident seçkisində səsvermə hüququndan aktiv şəkildə istifadə ediblər.
Azərbaycanın Xalq artisti, Adana Çukurova Dövlət Universitetinin professoru Cahangir Novruzov Ankaradakı səfirlikdə qurulan 46 saylı seçki məntəqəsində səs verib.
“Azərbaycan torpaqları 30 illik əsarətdən xilas oldu. Bu gün xalqımız kimə səs verəcəyini çox gözəl bilir. Türkiyədə hər zaman seçici fəallığı olub, amma bu dəfə seçici aktivliyi daha yüksəkdir. Xalqımız üçün xeyirli və ədalətli bir seçim olacağına əminəm”, - C.Novruzov əlavə edib.
TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimova da Türkiyədə təşkil edilən seçki prosesindən razılığını ifadə edib.
“Hər kəs öz iradəsi ilə səs verir, Azərbaycan xalqına xeyirli, uğurlu olsun. İnanıram ki, xalqımız doğru seçim edəcək”.
Azərbaycanın Xalq artisti Azərin seçki prosesi ilə bağlı təəssüratını bölüşüb. Müğənni deyib ki, neçə illərdir, prezident seçkiləri ilə əlaqədar Türkiyədə səsvermədə iştirak edir.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...