Türkiyədə səsvermə zamanı təhlükəli anlar yaşandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinin Ümraniye rayonunda orta məktəbdə səsvermə zamanı beton suvaq parçaları tavandan sinif otağına düşüb.
BAKU.WS bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə yerli vaxtla saat 13.00 radələrində, Aşağı Dudullu Məhəlləsində Sabri Orman orta məktəbində baş verib.
3216 saylı seçki qutusunun yerləşdiyi sinif otağında səsvermə zamanı tavandan beton suvaq parçaları düşüb.
Hadisə zamanı iki müşahidəçi yaralanıb. Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.
Qeyd olunur ki, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Daha sonra səsvermə sinif otağında davam etdirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...