Türkiyədə "Robin Hud" peyda olub: Kasıblara pul paylayır - VİDEO
Türkiyənin İstanbul şəhərinin Hasköy, Başakşehir Şahintepesi, Tuzla Mimar Sinan rayonlarındakı gecəqondularda kasıb ailələrə içində pul olan zərf paylayan və "Robin Hud" adı verilən xeyirxah iş adamı bu dəfə Ataşehir rayonunda peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Həftəsonu lüks iqamətgahların arxasında yerləşən məhəllələrə daxil olan və adı açıqlanmayan iş adamı 10 nəfərlə birgə kasıb insanlara ən azı min TL olan zərflər paylayıb. Türkiyəli biznesmen küçədəki azyaşlılara da 100-300 TL arasında cib xərci verib. O, həmçinin məhəllədə yerləşən mağazalara daxil olaraq insanların borclarını bağlayıb.
“Mən dükanımda idim. Bu olayı dükana gələrkən eşitdim. Uşaqlar hamısı bura yığışmışdı. Hər birinin əlində pul var idi. İş adamının avtomobilinin arxasında pullar var idi. Oradan götürülən pullarla kirayəçilərin və mağazaya borcu olan şəxslərin borcları bağlandı. Belə bir dövrdə belə insanların olması sevindiricidir. Pulu olub saxlayanlar məncə bu adamdan dərs almalıdırlar",-deyə mağazanın sahibi Aslan Kutluay bildirib.
Oxşar xəbərlər
Türkiyədə icra başçısı terrorçuya kömək edərkən yaxalandı - VİDEO
Türkiyədə rayon icra başçılarından biri PKK terrorçusuna kömək edərkən ələ keçib. BAKU.WS xəbər verir ki, hadisə Ağrı vilayətinin Doğubayazıt rayonunda baş veri...