Türkiyədə meşə yanğınları baş verib, yüzlərlə insan... - VİDEO

Türkiyədə meşə yanğınları baş verib, yüzlərlə insan... - VİDEO
Video
Siyasət 28

Türkiyənin 3 vilayətindən meşə yanğınları baş verib.

BAKU.WS xəbər verir ki, Kahramanmaraşın Onikişubat, Dənizlinin Çivril və İzmirin Urla rayonlarında baş verən yanğınları söndürmək üçün işlər aparılır.

Bölgələrə göndərilən Meşə Təsərrüfatı Regional Müdirliyinin qrupları 5 helikopter, 2 təyyarə, 1 PUA, 16 su çəni, 5 su çəni, 3 ilkin müdaxilə maşını ilə yanğına müdaxilə edib. 6 yanğınsöndürən maşını və 30-u könüllü olmaqla 225 nəfər şəxsi heyət yanğını söndürməyə çalışıblar. Jandarma qrupları vətəndaşların əraziyə girməsinə icazə vermir.

İndiyə qədər təxminən 50 hektar sahədə yanğın söndürülüb. 5 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Qeyd edək ki, yüzlərlə insan yanğın səbəbindən təxliyə edilib.

Son xəbərlər