Türkiyədə meşə yanğını hava limanına çatdı - FOTO

Türkiyədə meşə yanğını hava limanına çatdı - FOTO
Foto
Siyasət 60

Türkiyədə aşırı istilərin davam etdiyi bir vaxtda Bodrum hava limanının qovşağında yanğın baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Magistral yolun kənarında başlayan və meşəyə sıçrayan yanğından sonra yanğınsöndürən təyyarə də havaya qalxıb. Vertolyotlarla yanaşı, hava limanına yaxın ərazilərdə yerləşdirilən qruplar və Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları da yanğın yerinə sövq edilib.

Hazırda yanğın nəzarət altındadır.

Son xəbərlər