Türkiyədə məscid imamı Atatürk barəsində çıxışına görə həbs edildi - VİDEO

Türkiyənin Kocaeli şəhərində keçirilən mövlud mərasimində Atatürk, Cümhuriyyət və türk təhsil sistemi ilə bağlı çıxışı sosial mediada gündəm olan məscid imamı Mətin Özcan həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Türkiyəli din xadimi barəsində "əhalini nifrət və düşmənçiliyə sövq etmək' ittihamı ilə cinayət işi açılıb.
Mətin Özcan çıxışı zamanı "Cümhuriyyətlə İslam alimlərinin asılmasına qərarlar verildi. Xilafətlər ləğv edildi, mədrəsələr bağlandı. Əlifbalar dəyişdirildi. Hər şeyi bilən müsəlmanlar heç nədən xəbərsiz oldular. Tarixi yaxşı oxuyun, araşdırın",-deyə bildirib.
O həmçinin valideynləri övladlarını məktəblərə göndərməklə heç nəyə nail olmayacaqlarını və onlara tədris keçən insanların heç də əxlaqlı şəxslər olmadığını bildirib.
Qeyd edək ki, etdiyi çıxışdan sonra saxlanılan məscid imamı məhkəmə tərəfindən şərti həbs verilərək sərbəst buraxılıb. Dövlət ittihamçısı bu qərara etiraz edib. Etirazı yenidən qiymətləndirən məhkəmə Mətin Özcanın həbsinə qərar verib. Özcan həbs olunaraq Kandıra həbsxanasına göndərilib.

Oxşar xəbərlər
28 oktyabr 1923-cü ildə nə baş verdi? Atatürkün milli sirri! - FOTO
Atatürk gənclik illərində beynində çiçəklənməyə başlayan cümhuriyyət idealını Qurtuluş Savaşı (Milli Mübarizə) illərində açıq şəkildə ifadə etməmiş və Cümhuriyy...