Türkiyədə məktəbdə DƏHŞƏT: Belindən çıxardığı silahla...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Mardin vilyaətinin Kızıltepe rayonunda davamsızlıq və intizam cəzası səbəbindən məktəbdən qovulan orta məktəb şagirdi qız silahla məktəbin qapısına gəlib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, havaya atəş açaraq, daha sonra məktəbin qapısına təpik vuraraq içəri daxil olmaq istəyən şagird polis tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə günorta saatlarında baş verib.
Bağlı qapıdan içəri girə bilməyən qız belindən çıxardığı silahla havaya bir neçə atəş açıb. Ətrafda və məktəb daxilində böyük çaxnaşma yaşanarkən, qız qapını təpikləməyə başlayıb.
Polislər əraziyə gələrək məktəbli qızı saxlayıblar. Şübhəlinin polis bölməsində istintaqı davam edir.
Oxşar xəbərlər
Türkiyədə qətliamlar törədən terrorçu belə zərərsizləşdirildi - ANBAAN VİDEO
Türkiyədə, Mardin vilayətinin Dargeçit rayonunun Alayurt kənd ərazisində həyata keçirilən "Kahramanlar-32" əməliyyatında biri qırmızı kateqoriyadan olan “Rodi H...