Türkiyədə karantin qaydaları yumşaldılır, küçəyə çıxma qadağası ləğv edilir

Türkiyədə karantin qaydaları yumşaldılır, küçəyə çıxma qadağası ləğv edilir
Siyasət 165

Türkiyədə 1 iyuldan etibarən küçəyə çıxma qadağaları bütünlüklə ləğv edilir.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyob Ərdoğan açıqlayıb. Qardaş ölkə liderinin sözlərinə görə, şəhərlərarası gediş-gəliş qadağası və ictimai nəqliyyatdakı məhdudiyyətlər də başa çatır.

"Dövlət qurumları normal iş rejimində fəaliyyət göstərəcək. Son bir həftədə əhali sayına nisbətdə dünyada ən çox vaksinasiya edən ölkəyik. Hədəfimiz bir neçə həftə içərisində peyvəndləməni 18 yaşdan yuxarı vətəndaşlarımıza tətbiq etməkdir", - deyə Ərdoğan əlavə edib.

Son xəbərlər