Türkiyədə hərbi maşın aşdı: Yaralılar var - FOTO

Türkiyədə hərbi maşın aşdı: Yaralılar var - FOTO
Foto
Siyasət 45

Türkiyənin Ərdahan vilayətinin Çıldır rayonunun Kurtkale kəndi yaxınlığında hərbi avtomobil aşıb.

BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 08:30 radələrində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 4 əsgər yaralanıb.

Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi qeyd olunub.

Əraziyə AFAD, jandarma, tibb qrupları cəlb edilib.

Yaralı əsgərlər təcili yardım maşınları ilə Ərdahan və Çıldır dövlət xəstəxanalarına aparılıb.

Xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.

Son xəbərlər