Türkiyədə gecə klubunda silahlı insident: Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava olub.
BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb.
Hadisədə 4 nəfər yaralanıb.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.
Yaralılardan biri xəstəxanada ölüb, daha bir nəfərin vəziyyəti isə ağırdır.
Qaçan şübhəli şəxs polis əməkdaşları tərəfindən olay yerindən 500 m məsafədə yaxalanıb.
Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi sonucunda düşdüyü iddia edilir.
Oxşar xəbərlər
Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda tələbələri daşıyan tur avtobusu aşıb. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza zam...