Türkiyədə əyləncə məkanında silahlı insident: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmir şəhərində silahlı insident olub.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Bornova rayonunda əyləncə məkanında baş verib.
Qazi Osman Paşa məhəlləsi, Kamil Tunca küçəsində yerləşən məkanda olan Yener Fidan ilə kimliyi dəqiqləşdirilməyən şəxs arasında mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra şübhəli şəxs tapançadan Y. Fidana atəş açıb və qaçıb.
Ağır yaralanan Y. Fidan aparıldığı xəstəxanada həyatını itirib.
Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.
Polis hadisəni törədənin tutulması üçün əməliyyata başlayıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Qeyd edək ki, fevralın 6-...