Türkiyədə baş verən qəza ANBAAN kameralara əks olundu - VİDEO
Türkiyənin Kocaeli şəhərinin Derince rayonunda yük maşınının avtobusa arxadan çırpılması nəticəsində 8 nəfər yaralanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, İzmit istiqamətində hərəkət edən yük maşını dayanacağa yaxınlaşan avtobusu arxadan vurub.
Zərbənin təsirindən avtobusun arxa hissəsinə ciddi ziyan dəyib.
Qəzada nəqliyyat vasitəsində olan 8 sərnişin yaralanıb.
Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.
Qəza anları yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda ictimai nəqliyyat vasitəsinin dayanacağa yaxınlaşdığı zaman arxadan gələn yük maşınının avtobusa çırpıldığı və avtobusun silkələndiyi əks olunub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...